Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnfraqırmızı termometrlər uşaqlar üçün zərərlidirmi?

© Daniel Leal-Olivas/Pool Photo via APУ пациента измеряют температуру с помощью инфракрасного термометра, фото из архива
У пациента измеряют температуру с помощью инфракрасного термометра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu termometrlər məsafədən hərarəti göstərdiyi üçün heç bir narahatlığı, təhlükəsi yoxdur. Valideynlərin narahatlığına heç bir əsas yoxdur" - Nəsib Quliyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Yeni tədris mövsümünün başlanması valideynlər tərəfindən narahatlıqla qarşılanır. Bir çox valideynlər övladının məktəb girişində hərarətinin xüsusi aparatla yoxlanmasının əleyhinədir. Onlar belə hesab edir ki, hər gün təkrarlanan bu proses uşaqların səhhəti üçün ciddi təhlükədir. Onlar belə zənn edir ki, bu aparat vasitəsi ilə uşaqlara şüa keçirilir ki, bu da onların səhhətinə mənfi təsir edir.

Bəs, həqiqətən də bu aparatlar azyaşlılar üçün təhlükə mənbəyi hesab edilə bilərmi?

Baş pediatr Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq valideyn narahatlığına son qoyub: "Xəstələnmə əlamətlərindən biri hərarətin yüksəlməsi olduğundan məktəbin girişində hərarət yoxlanılır. Alına toxunmaqla, yaxud da cibdə termometr gəzdirmək düzgün deyil".

N.Quliyev deyir ki, bu "infrared" adlanan termometrlər bədənlə təmas qurmur: "Bu termometrlər məsafədən hərarəti göstərdiyi üçün heç bir narahatlığı, təhlükəsi yoxdur. Valideynlərin narahatlığına heç bir əsas yoxdur".

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm də bu termometrlərin zərərsiz olduğunu deyir: "Bu cihazlar elektromaqnit dalğaları ilə hərarəti göstərir. Onun təhlükəli olması haqda deyilənlər şayiədir. Bu cihazların insan orqanizminə mənfi, müsbət təsiri belə yoxdur".

Xəbər lenti
0