Şəhid həkimlərin xatirəsi üçün şəhidlər kompleksi tikmək olar - Təklif

© REUTERS / LEE SMITHМедик в костюме биозащиты, фото из архива
Медик в костюме биозащиты, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Nazirlər Kabinetinin COVID-19 xəstələrinin müalicəsi prosesinə cəlb olunan həkimlərin maaşı ilə bağlı qərarı olsa da, təəssüf ki, onlar beş qat maaş əvəzinə bunun bir qatını alırlar" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. "COVID-19-un müalicəsində şəhid olan həkimlərin xatirəsi əbədiləşdirilməlidir. Bu gün gündəmdə olan əsas məsələ budur. Bu şəxslərin adlarını küçələrə, məktəblərə vermək, xatirə lövhələri qoymaq, onlar üçün şəhidlər kompleksi tikmək olar. Bilirsiniz ki, qarşıdan payızın gəlməsi ikinci dalğa qorxusu deməkdir. Bəs belə olan halda ikinci dalğada xəstələrin müalicəsində hansı həkimlər iştirak edəcək, kimlər buna gedəcək? Bu səbəbdən ilk olaraq şəhid həkim məsələsi həllini tapmalıdır".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib. O, həkimlərin maaşı məsələsinə də toxunub: "Nazirlər Kabinetinin COVID-19 xəstələrinin müalicəsi prosesinə cəlb olunan həkimlərin maaşı ilə bağlı qərarı olsa da, təəssüf ki, onlar beş qat maaş əvəzinə bunun bir qatını alırlar. Yəni, Nazirlər Kabinetinin qərarı ilə bu həkimlər maaşlarının beş mislini almalıdırlar. Lakin yaranmış durum onu göstərir ki, bu pullar mənimsənilir, oğurlanılır".

Xəbər lenti
0