CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaqif Əsədov: Ən çox piyadavurma halları keçidlərin yaxınlığında baş verir

© Sputnik / Murad OrujovПешеходы на одной из улиц в Баку
Пешеходы на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsiliyi qəzalara səbəb olur.

BAKI, 17 sentyabr — Sputnik. İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 59 faizini təşkil edir. Bu bizi ciddi narahat edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir.

Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
HADİSƏ
Yeni yolda ağır qəza: 10 nəfər yaralandı - VİDEO

V.Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir: "Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

Şöbə rəisinin sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun müəyyən tələbləri var. Bu tələblərə görə, piyadalar da cərimə edilirlər: "Nəzərə alaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

V.Əsədov əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərin yaxınlığında bu cür hallar daha çoxdur: "Ən çox piyadavurma yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

Sürücülərə gəldikdə isə V.Əsədov vurğulayıb ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar: "Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidirlər. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsizliyi qəzalara səbəb olur."

Xəbər lenti
0