Tələbələrə təhsil kreditlərində "yaşıl işıq" - İşləyib qaytaracaqlar

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidСтудент в пустом коридоре вуза
Студент в пустом коридоре вуза - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatdan valideynləri və tələbələri sevindirəcək təklif: "Tələbələr təhsil kreditlərindən istifadə etməklə rahat şəkildə təhsillərini başa vura, işlədikləri zaman borcu qaytara bilərlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Milli Məclisin payız sesiyasında Ali Təhsil haqqında qanuna təhsil kreditləri ilə bağlı müəyyən müddətlər əlavə olunacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib. O deyib ki, hələki Ali Təhsil haqqında qanun layihə formasındadır:

"Bu qanun heç birinci oxunuşdan da keçməyib. Qanunun qəbulunda əsas məqam ondan ibarətdir ki, təhsil insanları yoxsullaşdırmasın. Əksinə, yaxşı təhsil insanları zənginləşdirməlidir. Biz də qanunları qəbul edərkən bu prinsipi əsas tutmalıyıq".

E.Əliyev onu da qeyd edib ki, ali təhsildə təhsilalan və təhsilverənlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən maddələr işlənilməlidir: "Təhsil kreditləri haqqında müəyyən müddətlər əlavə olunmalıdır ki, bu qanunla tənzimlənsin. Bütün dünyada təhsil kreditləri tələbələrə çox böyük dəstək olur. Tələbələr təhsil kreditlərindən istifadə etməklə rahat şəkildə təhsillərini başa vururlar. Çalışdıqları müddətdə isə çox rahat təhsil aldıqları borcu qaytarırlar. Biz bu məsələlərin üzərində müzakirə aparıb Ali təhsil haqqında qanunda əksini tapması istiqamətində iş görməliyik".

Xəbər lenti
0