SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentdə əfv etmə və amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin payız sessiyasında müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.

BAKI, 17 sentyabr — Sputnik. Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planı layihəsində əksini tapıb.

İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.

İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.

İclasda həmçinin komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.
Komitə üzvləri, habelə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsini (birinci oxunuş) də müzakirə edəcəklər.

Xəbər lenti
0