CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı deputatdan sosial şəbəkələrlə bağlı qəribə təklif

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Nəsirov: "Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər".

BAKI, 17 sentyabr — Sputnik. Sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması təklif edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə deputat Jalə Əhmədova Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

O, mediaya müraciət edərək bildirib ki, məlumatı yayan zaman onun doğruluğunu yoxlayın: "Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir".

Deputat Elman Nəsirov da "Sosial şəbəkələrin tənzimlənməsi haqqında" qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib: "Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər".

Xəbər lenti
0