CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar

© Sputnik / Murad OrujovДевушка за просмотром местных новостных сайтов
Девушка за просмотром местных новостных сайтов - Sputnik Azərbaycan
Abunə olmaq
"SputnikPro" layihəsinin növbəti vebinarı xəbər saytlarının optimizasiyasına həsr olunacaq. Dinləyicilər məqalələrin axtarışa daha sürətlə düşməsi üçün onları necə yazmağı öyrənəcəklər

BAKI, 16 sentyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "SputnikPro" maariflənmə layihəsinin onlayn sessiyalarını davam etdirir. Cümə günü, sentyabrın 18-də, Bakı vaxtı ilə saat 14:00-da "Xəbər Saytının Redaksiya SEO Optimizasiyası" mövzusunda vebinar keçiriləcək.

Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun İnternet Texnologiyaları Mərkəzinin rəhbəri Aleksey Filippovskidir.

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçinin sorğusuna uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir.

Студия радио Sputnik - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Dünyanı dəyişməyin yolları var - qorxutmaq olmaz

Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini oxuyur.

O, vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışacaq.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət "SputnikPro" kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan Rusiyanın ən yaxşı mediamenecerlərinin və aparıcı mütəxəssislərin təqdim etdiyi yeganə böyükmiqyaslı Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Xəbər lenti
0