BAKI, 16 sentyabr — Sputnik. Qvineya Respublikasının prezidenti Alfa Konde əmək nazirini küçədə döyüb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, dövlət başçısı hökumət üzvünü öz vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməməkdə və işinə məsuliyyətsiz yanaşmaqda ittiham edərək əsəblərini cilovlaya bilməyib və küçənin ortasında yumruqlamağa başlayıb.
Nazir isə zərbələrdən qaçmaqla canını qurtarmağa çalışıb.