Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO

© Sputnik / Alexander ImedashviliGürcüstanda yanğınsöndürən maşın
Gürcüstanda yanğınsöndürən maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Qardabanidə, Azərbaycan məktəbində güclü yanğın olub. Hadisə yerindən kadrları Sputnik Gürcüstan-ın videosunda izləyin

BAKI, 16 sentyabr — Sputnik. İlkin məlumatlara görə, Qardabanidəki (Kvemo-Kartli rayonu) Azərbaycan məktəbində yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Yanğın çərşənbə günü səhər başlayıb. Binadakılar təxliyə ediliblər, tədris prosesi dayandırılıb. Sputnik Gürcüstan bildirir ki, hadisə yerinə polislər və yanğınsöndürənlər gəliblər.

Bir neçə saat sonra yanğınsöndürənlər alovu ram edə biliblər. Xəsarət alan yoxdur. Amma məktəbin daxilinə güclü ziyan dəyib.

 

Xəbər lenti
0