Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı musiqiçi beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb

© Photo : Instagram / elvin_hoxhaЗаслуженный артист Азербайджана Эльвин Годжа Ганиев, фото из архива
Заслуженный артист Азербайджана Эльвин Годжа Ганиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il müsabiqə yeni formatda keçirilir. İlk iki tur onlayn formatda avqustun 20-dən başlayaraq bir ay ərzində keçirilir, violonçel, skripka, fortepiano kateqoriyaları üzrə yarımfinal və final isə gələn il mayın 13-21-də Buxarestdə baş tutacaq

BAKI, 16 sentyabr — Sputnik. Gənc skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb.

Sputnik Azərbaycan xəbər verir ki, yarımfinalda həmvətənimizlə birlikdə Cennaro Kardaropoli (İtaliya), Civon Kim (Cənubi Koreya), Tassilo Probst (Almaniya), Tomotaka Seki (Yaponiya), Valentin Serban (Rumıniya), Ayaka Usio (Yaponiya), Cavon Ui (Cənubi Koreya) iştirak edəcəklər.

Bu il müsabiqə yeni formatda keçirilir. İlk iki tur onlayn formatda avqustun 20-dən başlayaraq bir ay ərzində keçirilir, violonçel, skripka, fortepiano kateqoriyaları üzrə yarımfinal və final isə gələn il mayın 13-21-də Buxarestin "Rumın ateneum" konsert zalında baş tutacaq.

Xatırladaq ki, Elvin Xoca Qəniyev bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. O, K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski adına və D.Oystrax adına skripkaçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Elvin Xoca Qəniyev, həmçinin Berlində keçirilmiş II beynəlxalq musiqi müsabiqəsinin qızıl medalına layiq görülüb. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

Xəbər lenti
0