CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yaşıl dalğa" əmri verildi

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında yeni dərs ilinin başlanğıcı ilə əlaqədar olaraq əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə işıqforlara "yaşıl dalğa" əmri tətbiq edilib

BAKI, 15 sentyabr — Sputnik. İlk tədris günü şəhər yollarında, xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə işıqforlarda "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

BNA sıxlıqların qarşısının alınmasında göstərdikləri anlayışa və dəstəyə görə hərəkət iştirakçılarına təşəkkür edib.

Xəbər lenti
0