Bu gün bütün altı yaşlı uşaqların səbirsizliklə gözlədiyi bir andır. Onlar da nəhayət ilk dəfə məktəb şagirdi kimi parta arxasında əyləşə biliblər. Amma hər il müşahidə etdiyimiz bayram əhval-ruhiyyəsini bu il pandemiya, maska və sosial məsafə əvəz edib.
Ölkənin bütün məktəblərində bu gün ilk tədris günü hesab edilir, amma ənənəvi mənada deyil. Yalnız I-IV sinif şagirdləri əyani olaraq həftədə iki dəfə məktəbə gedəcək, digərləri isə təhsilin ilk gününü planşet, telefon və kompüter arxasında keçirəcəklər.
Yeni tədris ilinin hansı qaydalarla və necə keçdiyini videomuzda izləyin.