Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O vurğulayıb ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: "Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik".
Səfir eyni zamanda qeyd edib ki, Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənfəətlərimizə əsaslanır.