SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: "İran dost, müsəlman Azərbaycan əleyhinə hansısa hərəkətə icazə verməz"

© Photo : REPORTПосол Ирана в Азербайджане Сеид Аббас Мусави, фото из архива
Посол Ирана в Азербайджане Сеид Аббас Мусави, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Azərbaycandakı səfiri deyib ki, İran və Azərbaycan arasında yaxın münasibətlərin çoxlu düşməni var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr - Sputnik. “İran və Azərbaycan arasında yaxın münasibətlərin çoxlu düşməni var”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bildirib.

"İki ölkə arasında münasibət bir gecədə yaranmayıb ki, şayiələrə görə də zədələnsin. Biz Ermənistanla da adi qonşuluq münasibətlərinə malikik. İran heç bir vəchlə icazə verməz ki, qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün", - deyə İran səfiri qeyd edib.

Seyid Abbas Musəvi eyni zamanda İranda olarkən guya ölkəsi üzərindən Ermənistana silah daşınması məsələsini araşdırdığını da qeyd edib: "Mən İranda olarkən bunu araşdırdım. Mən ölkəmizin yüksəkrütbəli məmurları ilə danışdım. İran ərazisindən Ermənistana hər hansı silah və texnikanın daşınmasını qətiyyətlə təkzib edirik".

Xəbər lenti
0