BAKI, 15 sentyabr — Sputnik. Belarus müxalifəti, əgər ölkədə hakimiyyət dəyişərsə, Avropa Birliyindən 4 milyard dollar həcmində kredit götürmək niyyətindədir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Belarusda Hakimiyyətin Ötürülməsi üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Pavel Latuşko bəyan edib. O deyib:
“Biz (Avropa Birliyindən) faktiki olaraq Belarusun demokratikləşməsi üzrə hərəkət planı gözləyirik. Burada tədbirlər paketi olmalıdır, bu şərq ölkəsinin təklif etdiyi 1.5 milyard dollar yox. Ölkədə iqtisadi durumun stabilləşdirilməsi üçün 3-4 milyard dollar həcmində real maliyyə yardımı edilməlidir”.
Onun sözlərinə görə, respublika həmçinin borcların restrukturizasiyasına ehtiyac duyur, çünki bu, onun iqtisadiyyatına ciddi surətdə təzyiq göstərir.
Bazar ertəsi Soçidə Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenkonun görüşü baş tutub. Putin deyib ki, Moskva Minskə 1,5 milyard dollar kredit ayıracaq.