CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır

© AFP 2024 / LIONEL BONAVENTUREШкольница, фото из архива
Школьница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: "Bu gün Azərbaycanda rus icması yaşayır. Onlara öz dillərində təhsil almaq imkanı yaradılmalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Yeni tədris ili ərəfəsi Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı məsələ yenidən gündəmə gəlib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi bir çox hallarda qənaətbəxş olmur. O, deyib ki, rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. F. Şəfiyev onu da əlavə edib ki, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fərid Şəfiyev: Azərbaycanda rus məktəbləri məsələsi siyasiləşdirilir

Qeyd edək ki, hazırda cəmiyyətdə rusdilli məktəblərə münasibət birmənalı deyil. Bu gün ölkəmizdəki rusdilli məktəblərdə boş yerlərin qalmaması sübut edir ki, Azərbaycanda övladının rus dilində təhsil almasını istəyən valideynlərin sayı kifayət qədərdir. Cəmiyyətimizdə belə bir fikir var ki, rus dilində təhsil uşağın gələcək həyatında, karyerasında, dünya görüşündə əhəmiyyətli rol oynayır. Odur ki, bu gün təkcə ölkəmizdə yaşayan rus icması deyil, azərbaycanlılar da övladlarının rus dilində təhsil alması üçün "dəridən qabıqdan çıxırlar".

Bununla belə, sosial şəbəkələrdə rusdilli məktəblərin bağlanmasını, hətta dövlət hesabına maliyyələşdirilməsinə qadağa qoyulmasını tələb edənlər var. Sputnik Azərbaycan ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinin əhəmiyyətini araşdırıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda təkcə rus dilli yox, İndoneziya dilli məktəblər də fəaliyyət göstərməlidir:

"Biz müstəqil dövlətik və inkişafımız üçün bütün dünya ilə müəyyən əlaqələr qururuq. Yaxın və uzaq qonşularımızla, eləcə də bizdən çox uzaqda yaşayan portuqal indoneziya dili daşıyıcılarının da Azərbaycanda məktəbləri olmalıdır. Azərbaycan cəmiyyətinin üzvü seçimi özü etməlidir. Bu ən demokratik üsuldur. Hər kəs öz seçimini edib öz övladının istədiyi dilə yönəldərək və istədiyi mədəniyyətin içərisinə daxil edir. Fikrimcə bu heç müzakirə olunası mövzu deyil".

Kamal Abdulla hesab edir ki, insanın vətənpərvərliyi onun dil bilgisi ilə ölçülmür: "Mən Moskvada təhsil almışam. Görmüşəm ki, məktəbi rus dilində bitirən Azərbaycan övladları, Azərbaycanın mənafeyini heç də Azərbaycan məktəbini bitirənlərdən az müdafiə etmir. Bu məsələni unutmaq olmaz! İnsanın öz evində aldığı tərbiyə hər şeydən üstün və birincidir. Hər şeyi o müəyyənləşdirir. Hansı dildə təhsil alırıq alaq, azərbaycanlı kimi qalırıqsa, heç bir problem yoxdur. Biz bununla öz zəifliyimizi göstəririk ki, birdən rus dilində təhsil alsaq, azərbaycanlılıqdan çıxarıq. Əslində isə bu, belə deyil".

© Sputnik / Irade JELILXalq yazıçısı Kamal Abdulla
Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır - Sputnik Azərbaycan
Xalq yazıçısı Kamal Abdulla

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir azərbaycanlı bir neçə xarici dili bilməyə çalışmalıdır:

"Bu gün Azərbaycanda təkcə rusdilli yox, ingilis, fransız, alman və digər dilli məktəblərin olması çox yaxşı haldır. Biz çalışmalıyıq ki, xarici dilli məktəblərin ölkəmizdə sayı çox olsun. Bu gün Azərbaycanda rus icması yaşayır. Onlara öz dillərində təhsil almaq imkanı yaradılmalıdır. Qoy həm digər xarici dillərdə məktəblərin sayı çoxalsın, həm də Azərbaycanda yaşayan rus icması öz dilində təhsil ala bilsin. Mənim bu məsələyə yanaşmam belədir. Xarici dildə o qədər məlumat var ki, Azərbaycan gəncləri nə qədər mükəmməl səviyyədə xarici dilləri bilsələr, bizim üçün bir o qədər yaxşıdır".

Deputat deyir ki, Azərbaycan əsrlərdən bəri öz multikultural dəyərləri ilə seçilib: "Azərbaycanda hər bir xalqın mədəniyyətinə hörmət var. Multikultural dəyərlər bu gün də qorunur. Bunu rus dili ilə məhdudlaşdıraraq bizi məhdud dairəyə salırlar. Bu məsələni siyasiləşdirmək yanlışdır. Azərbaycan dünyaya əməkdaşlıq üçün açıqdır. Əməkdaşlıq üçün isə bir sıra xarici dilləri mükəmməl bilənlərə ehtiyac var. Biz hər bir qonşumuzla normal münasibət qurmaq, əməkdaşlıq etmək istəyirik. Çünki bölgəmizdə sülh və əmin-amanlığa ehtiyac var. Azərbaycanın hələ görəcəyi işlər çoxdur. Bu planda müharibə bizim planlarımız üçün təhlükədir".

© Photo : Social media page of Asim MollazadeMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə
Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır - Sputnik Azərbaycan
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mətbuatda, sosial şəbəkələrdə rus dilinin tədrisi ilə bağlı əsassız fikirlər söylənilməkdədir. Bəzi dairələr bu məsələni siyasiləşdirməyə çalışır və öz maraqlarını güdürlər. Hər bir Azərbaycan vətəndaşı öz dilini tarixini dərindən öyrənməli, ana dilini də mükəmməl bilməlidir.

"Rus dili Azərbaycanda əlavə xarici dil kimi tədris olunur. Burada mənə elə gəlir ki, təhlükəli bir məsələ yoxdur. Bu gün Azərbaycanda rus dili ilə yanaşı dövlət və özəl məktəblərdə, eləcə də universitetlərdə ingilis, fransız dili də tədris olunur. Bakıda Fransız məktəbi fəaliyyət göstərir. Elə orta məktəblər var ki, tədris ancaq ingilis dilində aparılır. Bakıda və bölgələrimizdə xarici dil kursları fəaliyyət göstərir. Deməli, xarici dillərə tələbat var. Mən bunu çox yaxşı hal hesab edirəm. Azərbaycan gənci daha savadlı, bilikli olmalıdır. Azərbaycan həqiqətlərini xarici ölkələrdə onların öz dilində çatdırmağı bacarmalıdır", - deyən Kəmalə Əliyeva hesab edir ki, ana dilini, vətənini sevmək insana genlə gəlir. Bu elə bir məsələdir ki, burada hansı dildə təhsil almaq əhəmiyyətli deyil.

© Photo : Facebook / Kamil HəmidovMilli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva
Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır - Sputnik Azərbaycan
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva
"Azərbaycan xalqı elə bir xalqdır ki, öz dilinə, öz vətəninə bağlıdır. Bu əsrlər boyu belə olub. Azərbaycan xalqı bəşəriyyətə töhfə verəcək mədəniyyətə malikdir. Bu məsələ heç də siyasiləşdirilməməlidir. Ölkəmizdə digər xarici dillər kimi rus dili də tədris olunmaqdadır", - deyə deputat əlavə edib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov mediaya açıqlamasında deyib ki, hazırda ölkədə Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır. "Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da şagirdlərin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var".

© Sputnik / Irade JELILTəhsil məsələləri üzrə ekspert Kamran Əsədov
Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır - Sputnik Azərbaycan
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov

Ekspert bildirib ki, rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Xəbər lenti
0