BAKI, 14 sentyabr — Sputnik. Alimlər müəyyən ediblər ki, payızda doğulan körpələr daha çox astma, allergiya və ot qızdırmasına meylli olurlar. Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazıb.
Tabloidin müsahibi olan Cessika Huey Kolorado ştatında Milli Yəhudi Sağlamlıq Tibb mərkəzində çalışır. Onun komandası payızda doğulan uşaqlarda bu cür xəstəliklərə daha çox meyllilik müşahidə edib. Çox zaman xəstəlikləri yaradan da məhz allergik reaksiyalar olur, sonradan isə müxtəlif fəsadlar törəyir. Mütəxəssislərin fikrincə, bu, bakterial mühitlə bağlı ola bilər.
Alimlər hesab edirlər ki, allergik resksiyalar körpənin qurumuş və çatlamış dərisindən orqanizmə allergenlər daxil olduqda yaranır. Hazırda onlar payız aylarında uşaqların dərilərinin daha həssas olub-olmadığını tədqiq edirlər.
“Əgər biz çox erkən yaşda, yəni körpə bətndən çıxan kimi, müdaxilə etsək, o zaman bu bizə allergik reaksiyaların qarşısını almaqda xeyli kömək edəcək”, - Huey bildirib.