BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ümumi yoluxanların sayı 38403, ümumi sağalanların sayı isə 35860 təşkil edir. Aktiv xəstə sayı 1979 olub. Ümumi test sayı isə 1013108, ümumi ölüm sayı 564 təşkil edib.