BAKI, 14 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp dərman qiymətlərinin aşağı salınması barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter səhifəsində məlumat verib.
“Dərmanların qiymətinin azaldılmasına dair sərənmcam imzaladım. Qiymətləri aşağı salmaqla vasitəçilər üçün bütün güzəştlərə də son qoydum”, - Tramp yazıb.
Just signed a new Executive Order to LOWER DRUG PRICES! My Most Favored Nation order will ensure that our Country gets the same low price Big Pharma gives to other countries. The days of global freeriding at America’s expense are over...
— Donald J. Trump (@realDonaldTrump) September 13, 2020
Prezident qeyd edib ki, indi amerikanlar dərman preparatlarını farmasevtika şirkətlərinin onları xaricə satdıqları qiymətə ala biləcəklər.
ABŞ-ın müxtəlif araşdırmalara rekord məbləğdə pullar sərf etməsinə rəğmən ölkədə dərmanların qiyməti xeyli yüksəkdir.