BAKI, 13 sentyabr — Sputnik. Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.
Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.