CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

17 yaşlı oğlan süni göldə boğuldu

© Sputnik / Irade JELILÇevik Xilasetmə İdarəsinə press-tur
Çevik Xilasetmə İdarəsinə press-tur - Sputnik Azərbaycan
Abunə olmaq
E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib

BAKI, 13 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Gərmətük kəndinin ərazisində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Süni göldə batan şəxsin 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlu olduğu müəyyən edilib. E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0