CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəbzin tez-tez atması sevgidən deyilmiş...

© AP Photo / Ariana CubillosПульсоксиметр, фото из архива
Пульсоксиметр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ketamin qəbul etdikdən sonra araşdırmada iştirak edənlərin nəbzləri yenidən ölçülüb və məlum olub ki, onlar normal göstəricilərə yaxınlaşır

BAKI, 13 sentyabr — Sputnik. İohann Volfqanq Höte adına Frankfurt Universitetinin alimləri bildirirlər ki, depressiyaya düşən insanların ürəyi bu cür narahatlığı olmayan insanlardan fərqli olaraq daha tez döyünür. Yəni bir dəqiqədə 10-15  döyüntü çox olur.

Bu barədə MedicalExpress yazır.

“Araşdırma zamanı bir neçə gün və gecə ərzində ürək ritmi fasiləsiz olaraq izlənib. Həmçinin yeni antidepressant – ketamindən istifadə olunub. Bu preparat depressiyanın yaranmasını çox tez əngəlləyir”, - Frankfurt Universitetinin professoru Karmen Şivek deyib.

Ketamin qəbul etdikdən sonra araşdırmada iştirak edənlərin nəbzləri yenidən ölçülüb və məlum olub ki, onlar normal göstəricilərə yaxınlaşır.

Əvvəllər alimlər müəyyən etmişdilər ki, depressiya insan beyninə çox pis təsir eidr. Alimlər beynin fərqli zonalarının həcminə nəzər yetirərək onların insanın emosional durumuna görə dəyişdiyinin şahidi olublar.

 

Xəbər lenti
0