Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"

© AFP 2023 / JOEL SAGETСотрудник лаборатории, фото из архива
Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusu ilk araşdıran alimlərdən biri olan və araşdırma aparmaq üçün ABŞ-a qaçan çinli viroloq Li-Meng Yan gündəmi sarsıdacaq açıqlamalar verib.

BAKI, 12 sentyabr — Sputnik. Koronavirusu ilk araşdıran alimlərdən biri olan və araşdırma aparmaq üçün ABŞ-a qaçan çinli virusoloq Li-Meng Yan gündəmi sarsıdacaq açıqlamalar verib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, çinli virusoloq koronavirusun insan tərəfindən yaradıldığını bildirib. O ilk hesabatını alimlər qrupu ilə hazırladığını və tezliklə dünya ilə paylaşacağını açıqlayıb.

"Bunun təbiətdən, heyvanlardan qaynaqlanan bir şey olmadığını ətraflı elmi dəlillərlə göstərəcəyik" - deyə o bildirib.

Çinin Uhan şəhərində ilk dəfə 2019-cu ilin dekabrında meydana gələn və qısa müddətdə bütün dünyanı təsir altına alan yeni koronavirus pandemiyası səbəbiylə dünyada 917 mindən çox insan ölüb, 28 milyondan çox insan bu xəstəliyə tutulub.

Koronavirusa qarşı peyvəndlərin tapılması üçün işlər davam edərkən pandemiya ilə bağlı müxtəlif iddialar davam edir.

Çinli virusoloq ötən aylarda demişdi: "Bu, tarixdə gördüyümüz ən böyük pandemiyadır. Buna görə də zaman çox vacibdir. Əgər tez bunun qarşısını ala bilsək, həyatımızı xilas edə bilərik. Çox vaxtımız yoxdur. Onsuz da gecikmişik".

Xəbər lenti
0