BAKI, 12 sentyabr — Sputnik. Çin TikTok tətbiqini hansısa Amerika şirkətinə satmaqdansa, TikTok-un ABŞ bölməsini bağlamağa qərar verib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Pekin tətbiqin satılmasını Vaşinqton tərəfindən Çin hakimiyyətinin zəifliyi kimi qəbul ediləcəyi düşüncəsindədir.
TikTok-un sahibi olan ByteDance şirkətindən isə bildirilib ki, Çin hökümətindən tətbiqin hansısa ölkədə, o cümlədən ABŞ-da bağlanlması ilə bağlı təklif verilməyib.