Kişinin ölümcül xəstəliyi 25 il ondan gizlədilib

© AP Photo / Felipe DanaМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, hazırda lazımı köməyi alır, lakin vaxtında müalicə edilmədiyinə görə orqanizminə böyük ziyan dəyib. İnfeksiya onun beyin toxumasını da zədələyib.

BAKI, 12 sentyabr — Sputnik. Həkimlər 25 il ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranından İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxduğuna dair məlumatı gizlədiblər.

Sputnik Azərbaycan "ABC News" telekanalına istinadən xəbər verir ki, dövlət tibb işçiləri ona bu diaqnozu 90-cı illərin ortalarında qoyublar, lakin testin nəticələri barədə ona heç vaxt məlumat verməyiblər.

Cənubi Karolina ştatından olan kişi məhkəmə iddiadasında deyib ki, müalicə almadığına görə nəticədə QİÇS ilə xəstələnib.

Veteran hazırda lazımı köməyi alır, lakin onun orqanizminə vaxtında müalicə edilmədiyinə görə böyük ziyan dəyib. İnfeksiya onun beyin toxumasını da zədələyib.

"O, bu 25 il ərzində əlaqədə olduğu qızlar qarşısında sağlamlıqlarına vurulan zərərə görə özünü çox günahkar hiss edir", - zərərçəkənin vəkili bildirib.

Xəbər lenti
0