BAKI, 12 sentyabr — Sputnik. Kanadada son 24 saatda ilk dəfə olaraq bu ilin martından etibarən COVID-19-dan ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ölkənin İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.
Bununla da Kanadada COVID-19-dan ölüm halları ilə bağlı qeydə alınan rəqəmlər 9 min 163 olaraq qalıb. Lakin son 24 saatda 702 yeni yoluxma faktı ilə bu ölkədə ümumi COVID-19 yoluxmuşların sayı 135 min 626-ya yüksəlib.
Rəqəmlərdəki artım dinamikası isə Kanadada karantin qaydalarının son bir neçə gündə daha da yumşaldılması və məktəblərin açılması ilə izah olunur.
Xatırladaq ki, Kanada ilə sərhəddə yerləşən ABŞ-da ölümlərin sayı 190 mini, yoluxanların sayı isə 6.38 milyonu ötüb.