CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə bəd xəbər

© AFP 2024 / FREDERICK FLORIN İmtahan, arxiv şəkli
 İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər"

BAKI, 11 sentyabr — Sputnik. Tələbələrin təhsil haqqında hər-hansı dəyişikliyin olması gözlənilmir.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, təhsilalan ali məktəblə müqavilə imzalayanda qeyd edir ki, ödəniş edəcək: "Hazırkı şəraitdə forma dəyişsə də, məzmun eyni olacaq, eyni dərslər keçiriləcək. Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər. Ali təhsil müəssisələri təsərrüfat fəaliyyətlərini öz pulları ilə edirlər, bu səbəbdən təhsil haqqında hər hansı güzəştə gedilməsi gözlənilmir. Həm də həssas qrupdan olan tələbələrin təhsil haqqına güzəşt ediləcək".

Xəbər lenti
0