Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu xəstəliklər zamanı koronavirus peyvəndinin vurulması tamamilə qadağandır

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidВо время вакцинации добровольца против COVID-19
Во время вакцинации добровольца против COVID-19  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması üçün avqustda dünyanın ilk vaksini qeydiyyatdan keçirib

BAKI, 11 sentyabr — Sputnik. Həkim-immunoloq Vladislav Jemçuqov koronavirus peyvəndinin hansı xəstəliklər zamanı vurulmasının tamamilə qadağan olduğunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Jemçuqov bu barədə "Veçernyaya Moskva" nəşrinə danışıb.

Mütəxəssis onların arasında immundepressiv preparatların, məsələn, onkoloji preparatların vurulması ilə bağlı xəstəlikləri qeyd edib.

"Müalicə varsa, o, immundepressiya ilə müşayiət olunur. Belə çıxır ki, bir tərəfdən göstəriş, digər tərəfdən isə əks-göstəriş var", – Jemçuqov izah edib.

O xatırladıb ki, peyvəndlə bağlı bütün məsələləri müalicə edən həkim həll etməlidir.

Bundan əlavə, Jemçuqov iltihablı və autoimmun xəstəlikləri, sistem qan xəstəlikləri, eləcə də qırmızı qurd eşənəyi xəstəliyi zamanı COVID-19 peyvəndinin qadağan olduğunu açıqlayıb.

Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması üçün avqustda dünyanın ilk vaksinini qeydiyyatdan keçirib. Preparat Qamaleya Mərkəzi tərəfindən hazırlanıb və o, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunur.

Xəbər lenti
0