CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə son vəziyyət

© Sputnik / Ilham MustafayevПоврежденный дом жителя Азиза Азизова в Товузском районе
Поврежденный дом жителя Азиза Азизова в Товузском районе - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

BAKI, 11 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0