BAKI, 11 sentyabr — Sputnik. Reper Eminemin evinə soxulmuş evsiz kişi onu öldürmək niyyətində olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Detroit Free Press" nəşri polisə istinadən yazıb.
Hadisə bu ilin aprelində baş verib. Musiqiçi polisə gecənin ortasında oyandığını və arxasında dayanan tanımadığı adamı gördüyünü danışıb. Eminemin niyə onun evində olduğu sualına, kişi reperi öldürmək niyyətində olduğunu deyib.
Reperin sözlərinə görə, o, kişini qapıya qədər "müşayiət edib", ancaq bunu necə etdiyi dəqiqləşdirilmir. Qapıda isə onu polis gələnə qədər gözətçi saxlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Metyu Hyuz adlı evsiz kişi kərpiclə qırdığı pəncərədən reperin evinə girib. İndi o, həbsdədir və evə soxulduğuna görə 20 il, qəsdən əmlakın məhv edilməsinə görə isə 5 il həbs oluna bilər.