BAKI, 11 sentyabr — Sputnik. Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.
O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.
M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını xilas etmək mümkün olmayıb və bud nahiyəsindən amputasiya edilib. Faktla bağlı araşdırma aparılır.