Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səudiyyə Ərəbistanının paytaxtına hücum olub

© REUTERS / Faisal Al NasserƏr-Riyad şəhəri
Ər-Riyad şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Husi üsyançılarının rəsmi nümayəndəsi Ər-Riyada hücumu "düşmənlərin davamlı hücumları və blokadasına" cavab olduğunu bildirib.

BAKI, 10 sentyabr — Sputnik. Yəməndən olan üsyançı-husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada zərbələr endirib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Üsyançıların sözlərinə görə, onlar "Samad3" pilotsuz uçuş aparatları və "Dul-Faqqar" ballistik raketlər vasitəsilə Ər-Riyadda "olduqca əhəmiyyətli hədəfi" vurublar. Üsyançılar konkret olaraq hansı hədəfi vurduqlarını açıqlamayıblar. Ər-Riyad məsələ ilə bağlı faktı açıqlamaqdan imtina edib.

Husi üsyançılarının rəsmi nümayəndəsi Ər-Riyada hücumu "düşmənlərin davamlı hücumları və blokadasına" cavab olduğunu bildirib.

Xəbər lenti
0