Qonşu ölkədə daha bir anti-rekord – Yoluxma sayı kəskin artdı

© Sputnik Vladimir Umikashvili / Mediabanka keçidДевушка в защитной маске на улице Тбилиси
Девушка в защитной маске на улице Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Bu arada bu gündən etibarən Gürcüstan hökumətinin qərarı ilə bütün ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 57 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"-a xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1830-a çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 6 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1334-ə çatıb, 19 nəfər isə ölüb.

Bu arada bu gündən etibarən Gürcüstan hökumətinin qərarı ilə bütün ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Kütləvi tədbirlərin keçirilməsi həm qapalı məkan, həm də açıq havada qadağan olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,8 milyonu keçib, 903 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0