Prezident seçilsə, məmurları adi maşına minməyə qoymayacaq

CC0 / Afrndz / Electric CarЗаправка электромобиля
Заправка электромобиля - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da istehsal olunduğunu iddia edərək əslində Çindən məhsul alan şirkətləri ciddi sanksiyalar gözləyir

BAKI, 10 sentyabr — Sputnik. Demokratlar partiyasının ABŞ prezidentliyinə namizədi Cozef Bayden qələbə qazanacağı təqdirdə bütün amerikalı məmurları ölkədə istehsal olunmuş elektromobilləri sürməyə vadar edəcək. 

“Ağ Evdə olacağım ilk həftə ABŞ-da istehsal olunmuş malların alınmasını hədəfləyən bir sıra sənəd imzalayacam”, - Bayden deyib. 

Siyasətçi əmin edib ki, bu tələbdən yan keçməkçün istifadə olunan “bütün dəlmə-deşikləri” tutmaq üçün bütün imkanlarından istifadə edəcək. Onun sözlərinə görə, ABŞ-da istehsal olunduğunu iddia edərək əslində Çindən məhsul alan şirkətləri ciddi sanksiyalar gözləyir.

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Seçkidə Respublikaçılar partiyasından namizəd kimi hazırkı dövlət başçısı Donald Tramp iştirak edəcək.

 

Xəbər lenti
0