SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç gərgin tərəf, bir Lavrov və ABŞ - Ərdoğana verilən mesaj Qarabağı xatırlatdı

© AP Photo / Vadim GhirdaТурецкий военный корабль TCG Turgutreis, фото из архива
Турецкий военный корабль TCG Turgutreis, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Düzdür, bu ölkə Aralıq dənizi ölkəsi deyil, lakin onun Suriya və Liviya siyasəti diqqətə alındığında Moskvanın Aralıq dənizinin şərq hissəsində öz geosiyasi maraqlarının olduğunu görürük"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Kiprə son səfəri geosiyasi baxımından olduqca maraqlı izlənilirdi. Rusiya rəsmisi Kipr Prezidenti Nikos Anastasiadis ilə görüşü zamanı bildirdi ki, Aralıq dənizindəki vəziyyət onları narahat edir və Türkiyə Cümhuriyyəti ilə münasibətlər baxımından dialoqun başladılmasına yardım etməyə hazırdır.

Rusiya Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, ölkəsi Birləşmiş Ştatların tərəfləri biri-birinə qarşı qoymasından narahatdır: "Birləşmiş Ştatların Aralıq dənizinin şərqində baş verən gərginlik fonunda ölkələri bir-birinə qarşı qoyması və "bizimlə olmayan bizə qarşıdır" siyasətini yürütməsi Moskvanı narahat edir".

Aralıq dənizinin şərqində gərginliyin hər keçən gün artdığı bir dövrdə Rusiya tərəfinin səsləndiriyi bu fikirlər, təbii ki, region ölkələrinin paytaxtlarında da diqqətdən yayınmayıb. Sputnik Azərbaycan məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, Rusiya üzrə analitik Kerim Hasla həmsöhbət olub.

© Photo : Courtesy of Kerim Has Siyasi elmlər üzrə fəlsəfə doktoru, Rusiya üzrə analitik Kerim Has
Üç gərgin tərəf, bir Lavrov və ABŞ - Ərdoğana verilən mesaj Qarabağı xatırlatdı - Sputnik Azərbaycan
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Rusiya üzrə analitik Kerim Has

Kerim Has Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Kiprə səfərinin Moskva - Nikosiya münasibətləri baxımından önəmli və uğurlu bir addım olduğunu bildirib: "İki ölkə arasında iqtisadi-ticari, investisiya və bankçılıq sahəsində münasibətlər müzakirə olunmalı mövzular idi. Offşor hesablar baxımından Kiprin Rusiyanın varlı insanları üçün olduqca cəlbedici olduğu heç kimə sirr deyil. Sadəcə 2019-cu ildə Rusiyadan Kiprə transfer olunan ümumi valyutanın miqdarı 14,5 milyard dolları keçir. Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, 2010-2019-cu illərdə Rusiyadan Kiprə gedən valyutanın ümumi dəyəri 273 milyard dollardır. Aşağı vergilər hesabına əsasən, bu vəsaitin önəmli bir hissəsi yenə Rusiyaya geri dönür. Ötən il Rusiya Kiprə 8,1 milyard dollar investisiya cəlb edə bilib. Rusiya iqtisadiyyatına birbaşa edilən investisiyaların 34%-i Kiprdən gəlir. Kipr bu sahədə liderdir. Təbii ki, bu həcmdə valyuta mübadiləsi Moskvanın Rusiya vətəndaşlarından daha çox vergi almaqla bağlı iştahasını daha da artırır. Uzun müddətdir gözlənilən Lavrovun da səfərinin əsas müzakirə mövzusu bu idi. Təsadüfü deyil ki, rəsmi Moskvanın tələbləri ilə bağlı iki ölkə arasında yeni bir vergi sazişi də imzalandı".

Ekspert qeyd edib ki, Aralıq dənizinin şərqində yaşanan geosiyasi gərginlik, Suriya - Liviya xəttində baş verənlər, həm də Birləşmiş Ştatların Kiprə silah embarqosunu qismən yumşaltması kimi məsələlər Lavrovun səfərinin önəmini daha da artırır. Rusiyanın son baş verənlərlə bağlı mövqeyi Nikosiya ilə yanaşı, ətraf ölkələrin paytaxtlarında da diqqətlə izlənilirdi.

Kerim Has eyni zamanda Rusiyanın Türkiyə ilə Kipr arasında vasitəçi rolu oynaya biləcəyini düşünmədiyini qeyd edib:

"Çünki hər şeydən öncə rəsmi Ankara Kipr Respublikasını müstəqil bir dövlət olaraq qəbul etmir, tərəflər arasında diplomatik münasibətlər yoxdur. Kiprin şimalında olan Kipr Türk Cümhuriyyətini isə tək tanıyan ölkə Türkiyədir. Rusiyanın bu istiqamətdə vasitəçilik etmək cəhdi ilk növbədə texniki və diplomatik əngəllərlə qarşılaşır.

İkincisi, Türkiyə ilə Rusiyanın Kipr mövzusunda mövqeləri nəzərə alındığında görünür ki, Türkiyə bu məsələni Moskvanın vasitəçiliyi ilə deyil, Kiprdə tərəflərin öz aralarında həyata keçirəcəyi görüşlər və Qərb ölkələri, Yunanıstanla həll etmək istəyər".

Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Rusiyadan Türkiyəyə gözlənilməz dəstək: "Narahatıq, vasitəçiliyə hazırıq"

Türkiyəli ekspert xatırladıb ki, Türkiyə və Yunanıstan hələ də NATO-da müttəfiq ölkələrdir, Avropada münasibətlər baxımından da aralarında müəyyən səviyyədə dialoq var: "Ankara və Afina lazımi cəsarəti və səmimiyyəti göstərsələr, Kipr məsələsi ilə yanaşı, Egey dənizində adalar məsələsi və digər mübahisəli məsələləri rahatlıqla həll edə bilər.

Üçüncüsü isə, Rusiya son illərdə Aralıq dənizində yenidən yerləşmə siyasəti yerinə yetirməyə başlayıb. Düzdür, bu ölkə Aralıq dənizi ölkəsi deyil, lakin onun Suriya və Liviya siyasəti diqqətə alındığında Moskvanın Aralıq dənizinin şərq hissəsində öz geosiyasi maraqlarının olduğu görürük. Bu da Türkiyə lideri Ərdoğanın, onun iqtidarının xarici siyasətdə artırmaq istədiyi manevr və nüfuz sahəsini bəzən məhdudlaşdırır. Rusiyanın bu bölgəni siyasi, hərbi və enerji qaynaqları baxımından dəyərləndirmək istəməsi Türkiyə ilə yanaşı, ABŞ da daxil olmaqla digər NATO ölkələrini də müəyyən mənada narahat edir. Yəni, qənaətimcə, Moskvanın Türkiyə - Kipr – Yunanıstan gərginliyində vasitəçi rolunu nə Ankara, nə də NATO istəyir".

Birləşmiş Ştatların Aralıq dənizinin şərqində yaşanan gərginliyə münasibəti haqda danışan Kerim Has ABŞ-ın bununla bağlı müəyyən narahatlıq duymaqla yanaşı, mövcud şəraitdə qazanc əldə etmək istədiyini hesab edir:

"Düşünürəm ki, bu ölkə, həmçinin tərəflərə təzyiq etmə imkanı baxımından da bu gərginliyi azalda biləcək ən nüfuzlu aktordur. Birləşmiş Ştatların Kiprə olan silah embarqosunu qismən aradan qaldırması, zənnimcə, Türkiyə prezidenti Ərdoğanın daha da irəli getməməsi üçün bir mesaj idi. Mövcud gərginlik həm də ABŞ-a Afina və Nikosiya ilə hərbi əməkdaşlığı daha da genişləndirmək imkanı verir".

Ekspert eyni zamanda xatırladıb ki, baş verənlər ABŞ-ın NATO üzvləri – Türkiyə ilə Yunanıstanın müharibəyə başlamasını istəməsinin anlamına gəlmir: "ABŞ Aralıq dənizinin şərqində, Rusiyanın Cənubi Qafqaz regionunda Azərbaycan və Ermənistana qarşı yürütdüyü siyasətə bənzər siyasət həyata keçirir. Rusiya Cənubi Qafqaz regionunda gərginlik yaşandığı vaxt necə həm Bakı, həm də Yerevana daha çox silah sata bilir, iki ölkəni daha asılı edir və daha sonra gərginliyi nəzarət altına ala bilirsə, hazırda Vaşinqton da Aralıq dənizinin şərq hissəsində öz müttəfiqləri və tərəfdaşları olan Türkiyə, Yunanıstan, Kipr və Misir kimi ölkələrə qarşı da buna bənzər siyasət yürüdür".

Xəbər lenti
0