Bu da həsəd apardığımız Gürcüstan: qadağalar üst-üstə gəlir

© AFP 2024 / VANO SHLAMOVСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan 200 nəfərdən çox insanın qatılacağı gözlənilən mədəni və idman tədbirləri də qadağandır. Həmçinin məktəblərə səhər toplantıları və bayramlar keçirmək yasaqlanıb

BAKI, 9 sentyabr — Sputnik. Gürcüstan hökumətinin qərarı ilə sabahdan bütün ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxmaların sayı rekord həddə - bir gündə 45 nəfərə çatıb.

"Bir neçə gün əvvəl biz bir sıra məhdudiyyətlərin aradan qaldırılmasını və teatr və kinoteatrların açılmasını anons etmişdik. Onların bəziləri sentyabrın 15-i, digərləri isə oktyabrın 1-dən açılmalı idi. Lakin ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq onların açılması noyabrın 1-dək təxirə salınır", - deyə Natia Mezvrişvili bildirib.

Kütləvi tədbirlərin keçirilməsi həm qapalı məkan, həm də açıq havada qadağan olunub. Sabahdan 200 nəfərdən çox insanın qatılacağı gözlənilən mədəni və idman tədbirləri də qadağandır. Həmçinin məktəblərə səhər toplantıları və bayramlar keçirmək yasaqlanıb. Vətəndaşlar isə sosial məsafəni gözləyərək maska taxmağa məcburdurlar. 

Mezvrişvilinin sözlərinə görə, qaydalara əməl etməyənlərə qarşı müvafiq cərimələr nəzərdə tutulub.  

Sputnik Gürcüstan-ın məlumatına görə, ölkədə yoluxanların ümumi sayı 1773-ə çatıb. Eyni zamanda bir gündə 4 nəfər xəstəxanadan evə buraxılıb. Hazırda 5882 nəfər karantində, 390 nəfər həkim nəzarətində saxlanılır. İndiyədək Gürcüstanda 19 nəfər COVID-19-dan dünyasını dəyişib.

Qərb qonşumuzda ilk koronavirusa yoluxma faktı fevralın 26-da aşkarlanıb. Xəstəliyin yayılma təhlükəsinin qarşısının alınması məqsədilə martın 21-dən ölkədə xüsusi karantin rejimi elan edilib. Mayın 23-də isə karantin rejimi ləğv olunub. Karantin dövründə Gürcüstanda bir neçə şəhərə giriş-çıxış bağlanmış, nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş, sərt cərimələr tətbiq edilmişdi. Koronavirus pandemiyası zamanı Gürcüstanın təcrübəsi bir çox həkimlər tərəfindən təqdir olunur. 

Xəbər lenti
0