Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yuyucu tozla "zəng eləmək" alınmadı

© State Border Service of Azerbaijan RepublicBiləsuvar Gömrük Postu
Biləsuvar Gömrük Postu - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən adamın idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti zamanı "sürpriz" aşkarlanıb

BAKI, 9 sentyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun əməkdaşları bu dəfə də bahalı "ov ediblər".

Sputnik Azərbaycan-ın məlumatına görə, İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastik qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib.

Xəbər lenti
0