Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar" mükafatçısı dünyasını dəyişib

© AFP 2024 / Charley Gallay / Getty ImagesRonald Harvud, arxiv şəkli
Ronald Harvud, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Skafandr və kəpənək" filminin ssenarisinə görə "BAFTA" mükafatını qazanan ssenaristə 2010-cu ildə "Cəngavər" titulu verilib

BAKI, 9 sentyabr — Sputnik. Britaniyalı dramaturq və ssenari müəllifi, daha çox "Pianoçu" filmi ilə tanınan Ronald Harvud 85 yaşında vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, "Ailə", "Başqa vaxt", "Kvartet", "İngilis faciəsi", "Tramvay yolu" və başqa romanların müəllifi olan Harvud 2003-cü ildə məşhur "Pianoçu" filminə görə "Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari" nominasiyası üzrə "Oskar"a layiq görülüb.

O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə "BAFTA" mükafatını qazanıb.

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi "Cəngavər" titulu verilib.

Xəbər lenti
0