CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanı dəyişməyin yolunu göstərən veb-seminar olacaq

© Depositphotos.com / MacorЖурналисты за работой
Журналисты за работой - Sputnik Azərbaycan
Abunə olmaq
SputnikPro-nun növbəti vebinarının spikeri "Xahiş edirik, nəfəs alın!" və "Ana, məni tap" sosial təşəbbüslər kimi uğurlu media layihələrinin sirlərini bölüşəcək.

BAKI, 9 sentyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun SputnikPro maarifləndirmə layihəsi bir sıra onlayn sessiyaları davam etdirir. Sentyabrın 11-də, Bakı vaxtı ilə saat 14:00-da "Dünyanı dəyişmək üsulu: uğurlu sosial media layihələri niyə və necə yaradılır" mövzusunda vebinar keçiriləcək.

Vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya olacaq.

© Sputnik / Murad Orujov"Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya
Dünyanı dəyişməyin yolunu göstərən veb-seminar olacaq - Sputnik Azərbaycan
"Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya

İrina Kedrovskaya - mediamenecer, internet-texnoloqdur. O, V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə "Nezavisimaya qazeta"da başlayıb, "İzvestiya" qəzetində, Rodionov Nəşriyyat Evində və RİA Novosti-də işləyib.

2008-ci ildən İrina müəllimlik fəaliyyəti göstərir, xeyriyyəçiliklə fəal məşğul olur. Agentliyin sosial layihələrini idarə edir. Onun "Məni tap, ana" övladlığa götürmə üzrə xeyriyyə layihəsi 2017-ci ildə ilin ən sosial məsuliyyətli KİV layihəsi kimi qəbul edilib.

İrina Kedrovskaya dövlət mükafatlarına da malikdir. Onun rəhbərliyi altında yaradılmış layihələr dəfələrlə Runet, İnnovasiyalar vaxtı, Jurnalistlər İttifaqının versiyasına görə ilin KİV-ləri və s. mükafatlara layiq görülüb.

Vebinar zamanı İrina, fədakarlıqla vətəndaşların sağlamlığı və həyatı üçün çalışan Rusiya həkimlərinə və könüllülərinə dəstək xarakterli "Xahiş edirik, nəfəs alın!" onlayn aksiyanın nümunəsi əsasında yaxşı trafiki olan uğurlu sosial layihəni necə yaratmağın və sadiq auditoriyanı necə toplamağın yollarından danışacaq.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Xəbər lenti
0