Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin sayı 5,23 milyona çatır, eyni zamanda gəlir mənbəyi ilə 4,88 milyon nəfər təmin edilib.
Əhalinin məşğulluğu məsələsi hər bir ölkənin iqtisadi inkişafının ən mühüm aspektlərindən biri olaraq qalır. Bütün ölkələrin hökumətləri işsizliyə qarşı bütün mümkün vasitələrlə mübarizə aparır, vətəndaşların gəlirlərini təmin etməyə çalışırlar.
Koronavirus pandemiyası üzündən iqtisadiyyatın mürəkkəbliyinə baxmayaraq, Azərbaycanda ilin birinci yarısında 84 mindən çox yeni iş yeri yaradılıb. Lakin COVID-19-un yayılması kimi irimiqyaslı mənfi amil iqtisadiyyatın vəziyyətinə təsir etməyə bilməzdi. Bu dövrdə həmçinin ölkədə kifayət qədər iş yeri bağlanıb.
Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında Azərbaycanın əmək bazarındakı vəziyyətlə ətraflı tanış olmaq mümkündür.