İntihar edən şagird ilə bağlı yeni xəbər

© AFP 2024 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdi özəl xəstəxanalardan birinə köçürülüb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumatda qeyd edilib. Sorğuya cavabda bildirilir ki, dünən xəstənin vəziyyəti stabil olub.

Məlumata görə, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun müalicəsi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində aparılırdı.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Xəbər lenti
0