https://sputnik.az/20200908/kurort-ve-turizm-merkezi-naftalanda-daha-bir-unikal-abide-tapilib-424875493.html
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
Sputnik Azərbaycan
Naftalan deyəndə ilk ağıla gələn müalicəvi neft, turizm şəhəri olur. Arxeoloqlar isə onun yalnız kurort şəhəri deyil, həm də qədim yaşayış məskəni olduğunu üzə... 08.09.2020, Sputnik Azərbaycan
2020-09-08T16:02+0400
2020-09-08T16:02+0400
2021-11-16T23:17+0400
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424875442_0:-1:1911:1080_1920x0_80_0_0_4d339628f0efcb0ad6adc3ac8758675b.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424875442_0:-1:1719:1080_1920x0_80_0_0_5e70c86deb31bb21913a4b0caa35009f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan
xəbərlər, multimedia, azərbaycan
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
16:02 08.09.2020 (Yenilənib: 23:17 16.11.2021) Naftalan deyəndə ilk ağıla gələn müalicəvi neft, turizm şəhəri olur. Arxeoloqlar isə onun yalnız kurort şəhəri deyil, həm də qədim yaşayış məskəni olduğunu üzə çıxarıblar. Daha ətraflı videomuzda.
Naftalan-Goranboy arxeoloji ekspedisiyasının apardığı arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb. Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynovun dediyinə görə, burada ilkin məskunlaşma eradan əvvəl V minillikdə olub.
“Burada Tunc və Antik dövrlərdə, həmçinin Orta əsrlərdə yaşayış olub. Gördüyünüz möhtəşəm təpə əmələ gəlib. Bu yaşayış yerində apardığımız tədqiqatlar zamanı Eneolit dövrünə aid tikinti qalıqları aşkar edilmişdir”, - deyə arxeoloq Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.
Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.