BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-dən etibarən Virtual məktəbdə qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.
Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və Virtual məktəb platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.