BAKI, 8 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rusiyalı müğənni Timur Rodrigez Regina Todorenko ilə birlikdə “Pyatnitsa” telekanalının məşhur “Oryol i Reşka. Rossiya” şousunun aparıcısı olacaq.
Sputnik Azərbaycan bildirir ki, Rodrigez bu barədə Instagram səhifəsində yazıb.
“Ümid edirəm ki, bu sizinçün xoş sürpriz olacaq. Məmnuniyyətimi gizlətmədən deyirəm ki,”Oryol i Reşka. Rossiya” şousunun yeni mövsümünü Regina ilə birlikdə aparacağıq. Çoxlu dəlilik və gözəllik vəd edirik”, - müğənni yazıb.
Посмотреть эту публикацию в Instagram
Aparıcılar Rusiyada səyahət edərək ölkənin ən maraqlı məkanları ilə tamaşaçılrı tanış edəcəklər.
Verilişin ilk buraxılışı sentyabrın 28-nə planlaşdırılıb.
Xatırladaq ki, 2018-ci ildə elə bu şounun ulduzlarla olan xüsusi mövsümünün bir verilişində Timur aparıcılıq etmişdi. O vaxt Timur Janna Badoyeva ilə Krasnodarda veriliş hazırlamışdı.
Timur Rodrigez Penzada, azərbaycanlı kukla teatrı aktyoru Mikayıl Kərimovun ailəsində doğulub. O, tək müğənni deyil, həmçinin aktyor, ŞHK, Comedy Club, “Birə-bir”, “Buz dövrü” layihələrinin və s. iştirakçısıdır.