Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lukaşenko internetdə yayılan məşhur görüntülərindən danışdı

© © BELTA / AFPПрезидент Беларуси Александр Лукашенко
Президент Беларуси Александр Лукашенко - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Belarus prezidenti Aleksandr Lukaşenko: Mən heç yerə qaçmamışdım və sonuna qədər də öz ölkəmi qorumağa hazıram.

BAKI, 8 sentyabr — Sputnik. Öz ölkəmi sonuna qədər qorumağa hazır olduğum üçün Minskdə "Müstəqillik sarayı"nda əlimdə avtomatla peyda oldum. Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərə açıqlamasında bildirib.

"Mənim avtomatla peyda olmağımın bir mənası vardı – mən heç yerə qaçmamışam və sonuna qədər də öz ölkəmi qorumağa hazıram", - deyə Lukaşenko qeyd edib.

O, əlavə edib ki, avqustun 23-ü Belarusun paytaxtı Minskdə müxalifətin keçirdiyi qanunsuz aksiya zamanı KİV-lər onun iqamətgahında əlində avtomatın olduğu görüntüləri yayımlayıb.

Həmin gün etirazçılar "Müstəqillik sarayı"na qədər irəliləyə biliblər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının prospekt boyu qurduğu kordondan bir neçə metr aralı durublar. Bir saat keçikdən sonra etirazçılar ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Belarusda üç həftədən artıqdır ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Xəbər lenti
0