BAKI, 8 sentyabr — Sputnik. Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb.
Sputnik Azərbaycan-ın məlumatında bildirilir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minib. Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.