CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naftalanda bundan belə neftlə tarix "yarışacaq"

© Photo : Azerbaijan National Academy of SciencesNaftalanda aşkarlanan qədim yaşayış məskəni
Naftalanda aşkarlanan qədim yaşayış məskəni - Sputnik Azərbaycan
Abunə olmaq
Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məşhur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir

BAKI, 7 sentyabr — Sputnik. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli qədim yaşayış yeri aşkar edilib.

Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir - FOTO

Sputnik Azərbaycan institutun məlumatına istinadla xəbər verir ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 ha-a yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Yaşayış yerinin üzərində son tunc-ilk dəmir dövründə torpaq qəbirlər, antik dövrdə isə küp qəbirlər yerləşib. Abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olub.

Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir.

Məlum olduğu kimi, Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məşhur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə məşhur olan Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə də diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

Xəbər lenti
0