BAKI, 7 sentyabr — Sputnik. 7 sentyabr 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, peyk müşahidələrinə əsasən, transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.