CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır COVID-19 xəstələri üçün yeni avadanlıqlar gətirildi

© Sputnik / StringerМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin birinci mərhələsində 10000 şəffaf maska, 10000 qoruyucu eynək, 8000 tibbi qoruyucu xalat və 140000 respirator maska ölkəyə gətirilib və müvafiq tibb müəssisələrinə paylanıb

BAKI, 7 sentyabr — Sputnik. #TeamEurope-un təşəbbüsü olan, Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi çərçivəsində COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 129 ədəd oksigen konsentratoru və 60 ədəd pulsoksimetr ölkəyə gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi məlumat yayıb.

Bildirilib ki, layihənin birinci mərhələsində 10000 şəffaf maska, 10000 qoruyucu eynək, 8000 tibbi qoruyucu xalat və 140000 respirator maska ölkəyə gətirilib və müvafiq tibb müəssisələrinə paylanıb.

Qeyd edək ki, "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsinin məqsədi COVID-19-un yayılmasının qarşısının alınması, virusun aşkarlanması və cavab tədbirlərinə dəstək vermək, şərq qonşularının ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialını gücləndirməkdir.

Xəbər lenti
0