Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, istər Azərbaycanda, istərsə də dünyada yeni tədris ilinin başlaması qaçılmaz idi:
“Çünki məsafədən təhsil yetərincə keyfiyyətli və əlçatan deyil. Amma qeyd edim ki, məktəblərdə sanitar tələblər gözlənsə belə, şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər. Şagirdlər üçün xüsusi daşıma avtobusları olarsa və onlar qoruyucu maskalarla təmin olunarlarsa, məsələni nəzarətdə saxlamaq olar. Məktəblilərin dərsə hissə-hissə və növbəli şəkildə getməsi də yoluxma sayını nəzarətdə saxlamağa imkan verəcək”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz